21 Mart 2021 19:13
3 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi xalq artisti Ramiz Məmmədov dünyasını dəyişib.

Əməkdar artist Rəhman Rəhmanov Teleqraf.com-a açıqlamasında Ramiz Məmmədov haqqında danışıb:

"On gün əvvəl Ramiz Məmmədovun səhhəti ilə maraqlanmaq üçün ona zəng etdim. Mənimlə çox çətinliklə danışdı. Dedi ki, vəziyyətim yaxşı deyil. Gördüm, halı yoxdur, onu çox danışdırmadım. Oğlu Anar Məmmədov Abdulla Şaiq adına Kukla Teatrının rejissorudur. Anara zəng etdim, ondan atasının səhhətini soruşdum. Dedi ki, vəziyyəti yaxşı deyil. Özünü pis hiss edir. Mənim bildiyimə görə, ağ ciyər xərçəngindən əziyyət çəkirdi".

Əməkdar artist Anar Heybətov isə Ramiz Məmmədovun ölüm xəbərindən kədərləndiyini deyib: "Onun ölümünü sosial mediadan öyrənib, məscidə gəldim. Onun aramızdan tez getməsi mənə çox pis təsir etdi. Ramiz müəllimlə qohumluq əlaqələrimiz var. O, Azərbaycan incəsənətində xüsusi yeri olan bir sənətkar idi. Allah rəhmət eləsin".

Qeyd edək ki, xalq artisti 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər