29 Oktyabr 2014 15:25
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 30-da Bakıda 5-ci Avropa Film Festivalının açılışı olacaq.

Teleqraf.com xəbər verir ki, Festival noyabrın 9-dək davam edəcək. 2014-cü il Avropa Film Festivalını Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" klubu ilə birgə keçirəcək.

Festivalda Aİ-na üzv olan 16 ölkədən müasir filmlər təqdim ediləcək. Biletlər pulsuzdur.

"Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslandığı baxımdan Avropa Film Festivalı təkrar olunmazdır. Festival mədəniyyət müxtəlifliyinin verdiyi bir çox faydanı öyrənməyimiz üçün bizə imkan verir. Mədəniyyət bir çox yollarla insanların ümid və arzularını təcəssüm edib, onları bir araya gətirir", Aİ səfiri Malena Mard deyib.

Avropa Film Festivalları Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən 2010-cu ildən təşkil olunur.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər