12 Aprel 2021 18:55
2 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxduğu bildirilən mərhum xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova COVID-19 olmadığını açıqlayıb.

Güllü Hüseynova Teleqraf.com-a bildirib ki, koronavirusa yoluxması haqqında yayılan xəbərlər əsassızdır.

O təkrar müayinədən keçdiyini bildirib: "Rəmişi dəfn etdikdən sonra axşam saat 18:00-da Medikal Hospitala getdim, "KT" müayinəsindən keçdim. Mənə bildirdilər ki, ağ ciyəriniz təmizdir, koronavirusa yoluxsaydınız, ləkə olardı. Məndə "buzlu şüşə" aşkarlanmadı".

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi Güllü Hüseynovanın koronavirusa yoluxması haqqında məlumat yaymışdı.


Müəllif: Rəqsanə Həsənova