13 Aprel 2021 21:13
2 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə “Oskar” kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları instaqramda məlumat veriblər.

“Oskar” mükafatlandırma mərasimi aprelin 26-na keçən gecə canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.

Holli Berri, Xoakin Feniks, Lora Dern, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.

Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los Ancelesdəki “Dolby” teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik “Oskar”ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.


Müəllif: Teleqraf.com