12-13 noyabr 2014-cü il tarixində Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musqi konserti keçiriləcək.
Tədbir Azərbaycanın CAR-dakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən “Azərbaycan Dostları” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilir.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, Yohannesburq Filormonik Orkestrı istedadlı azərbaycanlı dirijor Yalçın Adıgözəlov, solistlər Səidə Tağı-zadə və Aleksey Miltyuxun iştirakı ilə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılıqlarından klassik musiqiləri ifa edəcəklər. Konsert proqramına, həmçinin Sevda İbrahimovanın ilk dəfə olaraq “Linder” konsert zalında səslənəcək “Etiraflar” adlı dünya premyerası da daxil edilib.
Qeyd edək ki, bu il Yohannesburq Filormonik Orkestrı hər il təşkil edilən Qəbələ Musiqi Festivalında iştirak edib və ilk dəfə olaraq CAR-da Azərbaycana və Azərbaycanın klassik musiqisinə həsr edilmiş konsert keçirəcək.