5 May 2014 15:31
3 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəbbət əvvəlcə fikirləşdi ki, iki daşın arasında qızlığını qorusun. Bəy onun gözündə onsuz da it qorxağıydı, bir sözünü iki eləməzdi. Həyəcanlı olmasını bəhanə gətirib “əsas məsələ”ni sabaha saxlasın.

Bəyi yuxuya verib, aradan çıxsın. Bəyi də buna inandırmaq olardı, amma qapının dalında Verengül nənəni görəndə qızlığı yırtılmayınca onlardan əl çəkməyəcəyini anladı. Paltarını soyunub lüt-üryan çarpayıya uzandı. Gözlərini yumub gözləməyə başladı...

Bəy də irişə-irişə soyundu, utancaq olsa da təcrübəliydi. Xoşhallandırmaq üçün Məhəbbəti öpmək istədi, qız üzünü yana çevirdi. Üzünü ona görə yana çevirdi ki, oğlan “işinə” tez başlasın. Bəy əl atıb gəlinin döşlərini əlləşdirdi. Məhəbbət ehtirasa gəlsə də biruzə vermək istəmədi, dişini-dişinə sıxıb, iniltilərini uddu. Arabir qapı cırıldayanda Verengül nənənin bəydən səbirsiz olduğuna Məhəbbətin az qala gülməyi gəlirdi. Nəhayət bəy “İlk əməliyyatına” başladı. Gəlinin budlarından tutub araladı, atəşdən qızaran topun lüləsi kimi qızmış üçüncü ayağını məlum yerə itələdi. .. Məhəbbət mələfəni cırmaqlayıb, qıyya çəkdi. İlk “atəş” hədəfi vurmuşdu. Ay anaaa-aaa,-deyib qışqırdı. “Mərmi”si qurtaran bəy “atəşi” bitirdi, dərindən nəfəs alıb tirtap gəlinin yanına yıxıldı.

Gənc yazıçı Səxavət Sahilin “İsanın qadını” romanındakı bu fikirlər etiraza səbəb olub. Kitabdakı erotik mətnlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çoxları yazıçının əsərlərində bu cür erotik səhnələrə öz etirazlarını bildiriblər.

Səxavət Sahil teleqraf.com-a açıqlamasında sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib: “Sosial şəbəkələrdə oxucuların rəyləri, fikirləri var. Kitab ətrafında müxtəlif polemikalar var. Bəli romanımda erotik səhnələr çoxdur. Mən bunu inkar edə bilmərəm. Mən o səhnələri ona görə elə vermişəm ki, bunları ayrı cür ifadə etmək mümkün deyildi. Çünki elə ifadə eləməsəm istədiyim təəssuratı yarada bilməzdim. Vəziyyət, situasiya bunu tələb edirdi. O, cür səhnələr insanın düşdüyü vəziyyəti xarakterizə edir. Mən də təbiiliyə üstünlük verirəm. Roman həm də Freydin nəzəriyyəsinə əsasən yazılıb. Burada insest və şüuraltı baş verən,bu şüuraltının nəticəsi olaraq yaşantılardır. Bir şeyi də qeyd edim ki, mən başıma gələnləri yazmıram. Romanın süjeti qədim yunan mifologiyasından götürülüb”.

Səxavət Sahil romanına görə çox tənqid olunduğunu dedi: “Romandakı səhnələrlə bağlı çoxsaylı tənqidlər var. Mən onlarla razılaşmaya bilmirəm. Lakin romanı təkcə süjet, hadisə kimi oxumaq düzgün deyil. Bəli hadisə kimi oxuyanda açıq-saçıq səhnələr diqqət çəkir. Amma mahiyyət və alt qatına nəzər salanda erotika hiss olunmur. Bəzi oxucular romanda vulqar ifadələr olduğunu deyirlər. Mən bununla razı deyiləm. Vulqar ifadə tamam ayrı məsələdir”.


Müəllif: