"Yeni klinika"ya yerləşdirilən xalq artisti Arif Quliyevin həkimi aktyorun səhhətindəki son durum haqqında məlumat verib.
Reanimatoloq Emil Qasımov Teleqraf.com-a açıqlamasında xalq artistinin səhhətinin ağır olduğunu deyib:
"Arif Quliyevin vəziyyəti ağırdır. Süni tənəffüs aparatına qoşulub. Mövcud parametləri qənaətbəxş deyil. Lazım olan hər şeyi edirik. İntensiv müalicə davam edir. Xəstənin vəziyyəti ciddi-kritikdir".
Qeyd edək ki, Arif Quliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.