14 May 2021 16:24
2 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artistlər Tahir İmanov və Cabir İmanov Şuşaya gediblər.

Teleqraf.com xəbər verir ki, Tahir İmanov Şuşada "Çöl qala" məscidini ziyarət edib.

Əməkdar artist sosial şəbəkədə Şuşadan görüntülər paylaşaraq "Çöl qala" məscidinə gəldiklərini qeyd edib: "Burada təmir işləri başlayıb. Məscid dövlətimiz tərəfindən qorunur.

Biz buraya qış aylarında gəlmişdik. Şuşanın 17 məscidi, 17 məhəlləsi, 17 bulağı, 17 hamamı var. Və inşallah 18-ci məscidimiz də bu yaxınlarla tikiləcək", - deyə vurğulayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər