1 Noyabr 2014 18:26
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səxavət Nur: “Kanal rəhbərləri bununla mübarizə apara bilmirlər”

Uzun müddətdir efirlərdən uzaq düşən aparıcı Səxavət Nur televiziya və aparıcılardan danışıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, kanal rəhbərləri aparıcılarla mübarizə apara bilmir:

“Avtomobilim çox ucuzdur. Hətta buna görə bəziləri məni lağa da qoyur. Amma yeni efirə çıxan aparıcı məndən qat-qat bahalı maşın sürür. İşini araşdırıram, gülməyim gəlir. Bir müğənnini çəkir və deyir ki, iki aylıq kreditimi sən ödəyəcəksən. İnanın, bunu səmimi deyirəm, efirə çıxan bəzi aparıcılara baxıb, özüm aparıcı olduğuma üçün utanıram. Ad çəkməyəcəm, çünki hamısı ilə münasibətim var. Hərəsi əlinə mikrofon alır, düşür küçəyə və hamı eyni şeyi edir. Mən də aparıcıyam, amma efirdə az-az görünürəm, çünki boş-boş nələrsə etmək istəmirəm. Biz bu gün televiziyanı bazara döndərmişik. Və kanal rəhbərləri bununla mübarizə apara bilmirlər. Bu hərəkətləri özümə indiyə qədər yaraşdırmamışam və bundan sonra da yaraşdırmayacam”.

Onun sözlərinə görə, Azərbaycanda televiziya proqramlaşdırılması tamamilə səhv qurulub:

“Azərbaycan efirlərində daha çox reytinq gətirənlər kriminal, qalmaqal verilişləridir. Bu, nə camaatın, nə də televiziyaların problemidir. Bu televiziyalara nəzarət edən qurumun problemidir. Bunu bütün ciddiyyətimlə deyəcəm, uzağa getməyib Türkiyənin misalında nümunə gətirəcəm. Türkiyədə şənbə-bazar günləri efirlərdə komediya serialı, musiqili-əyləncəli verilişlər nümayiş etdirib, insanları pozitiv əhval-ruhiyyəyə kökləyərək yeni iş həftəsinə hazırlayırlar. Amma bizim efirlərə baxın: kriminal, qırğın, dava, aqressiya ilə bol sosial tok-şoular, ardınca da boevik, qorxulu filmlər. Axşam bunlara baxan insanlar yeni iş həftəsinə hansı vəziyyətdə oyanacaqlar? Buna görə də insanlarımız çox aqressivdir. Əslində, Kanal D-nin özünə qalsa, reytinq xatirinə o da siyasətini bizimkilər kimi qurar. Sadəcə, çox yaxşı bilirlər ki, bunu etsələr, RTÜK (Radio və Televiziya qurumu) kanala cəza kəsəcək. Bu da böyük məbləğlərin itirilməsi deməkdir. Bilirsiniz, televiziya xalqı düşünməyə bilər, amma bu, ona nəzarət edən qurumun birbaşa vəzifəsi və borcudur”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər