5 May 2014 17:28
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Seyran Səxavət teleqraf.com-a açıqlamasında yaradıcılığındaki yeniliklərdən danışdı.

O, yeni romanı üzərində işlədiyini bildirdi:

“Mən hazırda öz üzərimdə işləyirəm. Özümlə məşğulam. Çünki bu yaxınlarda “Qaçhaqaç” romanımın ikinci hissəsini yazacağam. Buna görə də özümü hazırlamalıyam. Bu romanım da, “Qaçhaqaç”ın birinci hissəsi kimi öz başıma gələnləri yazacağaç. Mənim haqqımda məndən yaxşı yaza biləcək heç kim yoxdur”.

Seyran Səxavət saytlarda az görünməsinin səbəbini də dedi:

“Tez-tez saytlardan zəng edirlər. Ancaq bir çox hallarda köhnə məsələləri soruşurlar. Elə hey çevir tatı, vur tatı. Məndən bir şeyi yüz dəfə də soruşsalar eyni cavabı verəcəyəm. Bir çoxları hazırlıqsızdırlar, çiydilər”.


Müəllif: