7 İyun 2021 13:14
3 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reanimasiyaya yerləşdirilən xalq artisti Ramiz Əzizbəylinin səhhətində son vəziyyət haqqında qızı məlumat verib.

Xalq artistinin qızı Xədicə Əzizbəyli Teleqraf.com-a açıqlamasında atasının səhhətinin ağır olduğunu bildirib: "Atamın səhhətində dəyişikik yoxdur. Həkimlər atamanın yaşamaq şansını 50-50-yə qiymətləndirirlər. Səhhəti haqqında dəqiq nəsə deyə bilmirlər. Çünki yanaşı xəstəlikləri çoxdur".

Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib. Daha sonra xalq artisti infarkt keçirib.


Müəllif: Rəqsanə Həsənova