3 Noyabr 2014 13:01
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın “India's Best Cine Stars Ki Khoj” istedad müsabiqəsinin qalibi Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub.

Teleqraf.com xəbər verir ki, Oksana tədbir çərçivəsində hind milli rəqslərindən və mahnılarından ibarət proqram çıxış edib. O, öz tələbələri ilə bu bayrama rəng qatıb.

Həmçinin tədbirdə Oksananın Hindistandakı möhtəşəm qələbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Oksananı təbrik edərək ona “Rəqs ilahəsi” heykəlciyini təqdim edib. Səfirin sözlərinə görə, Oksananın bu yarışdakı qələbəsi bütün Azərbaycanın qələbəsidir.

Rüstəm


Müəllif: