5 May 2014 17:32
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar deyirlər ki, teatrda “yuğlaşma” gedir, mən də deyirəm ki, bu “yuğlaşma” deyil, gənclərin gəlişi ilə əlaqədardır. Onlar sözlərimi qəbul ediblər, bunu bilmirəm. Amma mən onlara görə öz fikirlərimdən dönə bilmərəm. Kim necə başa düşür, düşsün”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Mərahim Fərzəlibəyov Nurəddin Mehdixanlıya cavab olaraq bildirib.

“Ona yazığım gəlir”

Qeyd edək ki, Nurəddin Mehdixanlı Aznews.az –a müsahibəsində Mərahim Fərzəlibəyovun ünvanına sərt sözlər deyib:“Mərahim Fərzəlibəyov bu gün Akademik Milli Dram Teatrında çalışmır və o, bu kollektivin üzvü deyil. Buna görə də Mərahim müəllimin Akademik Milli Dram Teatrının daxili probleminə müdaxilə eləmək və bu sayaq fikirlər bildirməyə də ixtiyarı yoxdur. Bu gün “Azdrama”nın qocaları gənclərə maneçilik törədirlər, deyə bəyanat vermək? Kimdir o, qoca? Uzun illər Akademik Milli Dram Teatrında çalışan, burada gördüyü işlərə görə fəxri adlar alan, dövlət tərəfindən qiymətləndirilən bir insanın bu gün az qala bizim teatrın kollektivini Azərbaycanın gələcəyinə qarşı dayanan bir qüvvə kimi təqdim etməsi yanlış və gülüncdür. Mən onun müsahibəsini oxudum, bir çox tamaşalarında da oynamışam, lakin ona yazığım gəldi. Bu insan nə günə qaldı?”

“Mənə şər atıblar”

M.Fərzəlibəyov bildirib ki, ““Azdrama”nın qocaları gənclərə maneçilik törədirlər” ifadəsini işlətməyib:“Mən elə bir söz deməmişəm. Əgər onu yazıblarsa, deməli mənə şər atıb. Mən demişəm ki, gənclər gəlir, onlara yol açmaq lazımdır. “Azdrama” nın yaşlı rejissorları gənclərə maneçilik törətmirlər. Onlar gəncləri həmişə yaxşı qəbul edirlər. Ola bilər ki, elə rejissor gəlir ki, o etimadı doğrultmur. Bu o demək deyil ki, onların qarşısını almaq lazımdır. Mən hazırda “Azdrama”da işləmirəm. Müstəqil rejissoram. Bir dəfə fikrimi demişəm ki, gənclərin gəlişinə çox sevinirəm və bu addımı alqışlayıram. İndi kiməsə cavab verməyə həvəsim yoxdur. Mən düşündüyümü demişəm”.

Nərmin


Müəllif: