Xalq artisti Arif Babayev Türkiyəyə aparılacaq.
Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Atamın səhhəti normaldır. İnşallah, Türkiyəyə aparacağıq. Nə zaman gedəcəyimiz məlum deyil. İnsult keçirən adamdır, yaş da, xəstəlik də öz sözünü deyir.
Səhhəti haqqında nə yaxşı deyə bilirik, nə də pis. Mətbuatda yalan məlumat yayırlar ki, Arif Babayev Türkiyəyə aparıldı. Doğru məlumat deyil".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Türkiyədə əməliyyat olub. Onun 83 yaşı var.