Xalq artisti Afaq Bəşirqızı səhhəti haqqında danışıb.
Afaq Bəşirqızı Teleqraf.com-a açıqlamasında səhhətinin qaydasında olduğunu deyib:
"Səhhətim yaxşıdır, bir aydan yuxarıdır müalicədə idim. Ürəyimdən əməliyyat olunmuşam, ona görə tez-tez müalicə alıram. Qorxulu şey yoxdu. Xəstəxanada müalicə götürüb, axşamlar evə gedirəm. Mətbuatda yazıblar ki, iki saat əvvəl təcili xəstxənaya aparılmışam. Elə şey olar? Ailəm, qohumların hamısı narahat idi".