5 İyul 2021 21:42
4 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli italiyalı aktrisa və müğənni Rafaella Karra 78 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb. Bildirilir ki, sənətçi uzun sürən xəstəlikdən vəfat edib.

Karranın dəfni ilə bağlı məlumatlar hələlik açıqlanmır.

Xatırladaq ki, 2011-ci ildə "Eurovision" müsabiqəsində səsləri Karra təqdim etmişdi. O, İtaliyada keçiriləcək Eurovision-2022 mahnı müsabiqəsinin aparıcılarından olmaq istəyini bildirmişdi.


Müəllif: Teleqraf.com