8 Noyabr 2014 09:07
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində keçirilən XV Beynəlxalq qısa film festivalında “Buta Films” şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Sonuncu” filmi “Ən yaxşı xarici film” nominasiyasında birinci yerə layiq görülüb.


Publika.az-ın məlumatına görə, qaliblər xüsusi təntənəli qala-gecədə elan edilib. “Sonuncu” filminə festivalın “Qızıl pişik” mükafatı təqdim olunub. Mükafat Buta İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmova verilib.


Builki festivala 63 ölkədən 1100 qısa film təqdim olunub. Bu ekran əsərlərindən yalnız 10-nu final mərhələsinə keçib. Beş gün davam edən festival çərçivəsində finala düşmüş filmlərlə yanaşı, yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub.

Qeyd edək ki, fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb. “Sonuncu” filmi quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii ekran əsəridir. Filmin quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıblar. Bu film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütləridir. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar.


Müəllif:

Oxşar xəbərlər