Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub.
Bəstəkar Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Şükür Allaha, səhhətim yaxşıdır. İki həftə əvvəl virusa yoluxmuşam. Ev şəraitində müalicə alıram. Deməzdim, xəstəliyi yüngül keçirirəm".
Qeyd edək ki, Vaqif Gərayzadənin 60 yaşı var.