7 Sentyabr 22:14
448

Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.


Müəllif: Teleqraf.com