10 Noyabr 2014 17:32
486

Bakı V Avropa Film Festivalı başa çatıb.

Teleqraf.com-un məlumatına görə, Avropa Film Festivalı proqramında 16 ölkədən - Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıqdan müasir filmlər nümayiş olunub.

Festival çərçivəsində rejissor Elçin Musaoğlunun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” filmi də nümayiş olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.


Müəllif:
Загрузка...