29 Sentyabr 2021 18:58
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə teatrların fəaliyyəti oktyabrın 1-dən bərpa olunacaq.

Teleqraf.com xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatr yeni mövsüm üçün repertuar planı hazırlayıb.

Teatrın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçı qəbul etməsinə verilən icazədən sonra məkan artıq mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri edib.

Bildirilib ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı müvafiq qurum tərəfindən icazənin verildiyi ilk gün – oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır.

Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər