2 Oktyabr 2021 16:32
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib.

Teatrın rejissoru Elşad Əhmədov Teleqraf.com-a açıqlamasında xalq artistinim səhhətinin ağır olduğunu deyib:

"O, dörd gündür ki, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yarım saat əvvəl teatrın rəhbərliyi ilə xəstəxanaya getmişdik. Daxili qanaxma baş verib. Səhhəti Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətindədir" .


Müəllif: Rəqsanə Həsənova