5 Oktyabr 2021 13:20
2 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin oktyabrında Şuşada keçirilməsi planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının tarixi dəyişdirilib.

Bu barədə Teleqraf.com-a açıqlamasında AYB sədri Anar Rzayev məlumat verib:

"Azərbaycan Yazıçılar Birliyinin qurultayı oktyabrda Şuşada keçirələcəkdi. Qurultayı qapalı məkanda keçirə bilmirik, açıq havada isə təşkil etmək üçün hava şəraiti imkan vermir. Ona görə də qurultayı gələn ilin yaz aylarına planlaşdırırıq. Hələlik tarix müəyyənləşməyib".


Müəllif: Rəqsanə Həsənova