17 Oktyabr 20:14
1 462

TürKSOY və Bilkənt Simfonik Orkestrinin təşkilatçılığı ilə türk dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibətilə türk dünyasının opera sənətçiləri bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasının Bilkənt Simfonik Orkestrindəki quruluşunu Azərbaycanın xalq artsisti drijor Elşad Bağırov verib.

Tamaşaçılar Bulkənt Universitetinin Odeon səhnəsində türkdilli ölkələrin tannmış opera ustaları - Özbəkistandan Firuzə Yusupova, Türkiyədən Ayxan Uştuk, Başqırdıstandan Əlfiyə Kərimova və Rəsul Jarmaqambetovun ifalarını dinləyiblər. Tamaşanın şərh bölümünü isə türkiyəli Didəm Aygün səsləndirib.

Odeon səhnəsində 3 min insanın tamaşa etdiyi “Karmen” operasının sonunda sənətçilərə TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakçı, Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın Ankaradakı səfirliklərinin əməkdaşları, digər diplomatik korpusların rəhbərləri gül dəstələri təqdim etməklə təşəkkürlərini bildiriblər.

Konsertin drijoru Elşad Bağırov pandemiya dönəmindən sonra ilk konsertin Bilkənt Opera Sənətçiləri və Türkdilli ölkələrin tanınmış artistləri ilə başlamasının sevindirici bir hal olduğunu söylədi. Türkdilli ölkələrin sənətçiləri konsertdən sonra dirijor Elşad Bağırova yaxınlaşaraq ona öz minnətdarlıqlarını bildirdilər.


Müəllif: Teleqraf.com