6 May 2014 15:37
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhhətim yaxşı deyil”

Şair Vaqif Bayatlı Odər teleqraf.com-a açıqlamasında mediada az görünməsindən danışdı. O, səhhətində problemlərin olduğunu dedi: “Səhhətim yaxşı deyil. Beyin təzyiqim var. Beş-on dəqiqə danışan kimi təzyiqim qalxır. Mən emosional adamam. Ona görə də mediada çox görünə bilmirəm.

Hazırda kitab üzərində işləyirəm. Kitaba bir neçə ad düşünmüşəm. “Bəy atlı şeirlər” adı daha çox xoşuma gəlir. Çox güman ki, elə adı bu cür də olacaq. Kitabda əsasən şeirlər olacaq. Bununla yanaşı dünya haqqında fikirlərim yer alacaq. Hazırda kitabımı tərtib etməklə məşğulam”.

Vaqif Bayatlı Ödər xəstə olmasına baxmayaraq, ruhi vəziyyətinin yaxşı olduğunu dedi:“Mənim hazırki durumum əbədiyyət ruhumdur. Mən heç vaxt xəstəlikdən, ölümdən qorxmamışam. Ədəbiyyat hissi mənim üçün bir andır. Mən ölümsüzlüyümə inanıram. Təkcə özümün yox, Allahı sevən insanların ölümsüz olduğunu düşünürəm”.


Müəllif: