ABŞ Milli Kitab Mükafatının 72-ci mövsümünün beş nominasiyası üzrə qalibləri məlum olub.
Teleqraf.com xəbər verir ki, əsas nominasiya olan “Bədii ədəbiyyat” üzrə qalib “Cəhənnəm kitabı” romanının müəllifi Ceyson Mott olub.
Əsər ən çox satılan kitabını tanıtmaq üçün Amerikada təbliğat turuna çıxan qaradərili yazıçıdan bəhs edir.
"Non-fikşn" nominasiyasının qalibi Tiya Maylzın "Onun özüylə daşıdığı hər şey: Eşlinin çuvalının səyahəti, qaraqərili ailənin xatirəsi" əsəridir.
Poeziya üzrə Martin Espadadır "Avaralar" adlı seçmə şeirlər kitabı qalib gəlib.
"Bədii tərcümə" nominasiyasında 2016-cı ildə fransız dilində nəşr olunan “Sokçoda qış” kitabı ilə Elisa Şua Dusapin və onun ingilis dilinə tərcüməçisi Anisa Abbas Hiqqins fərqləniblər.
“Yeniyetmələr üçün ədəbiyyat” nominasiyasında “Teleqraf klubunda son gecə” kitabı ilə Malinda Lo qazanıb.
Qeyd edək ki, hər il noyabr ayında keçirilən Milli Kitab Mükafatı Amerika Birləşmiş Ştatlarında ədəbiyyat üzrə illik təqdim olunan mükafatlar toplusudur. Mükafat 1936-cı ildə Amerika Kitabsatıcıları Assosiasiyası tərəfindən tərtib olunub.