27 Noyabr 2021 15:44
4 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Onkologiya Mərkəzində əməliyyat edilən əməkdar artist Novruz Qartalın səhhətində dəyişiklik yoxdur.

Bu haqda Teleqraf.com-a aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.

O, Novruz Qartalın səhhətinin ağır olduğunu bildirib: "Vəziyyəti yaxşı deyil, hərəkət edə bilmir. Həkimlər yanına heç kimi buraxmır. Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayev, aktyor Çingiz Əhmədov zəng etmişdi. Çox dostları xəbərsizdilər".

Zərqələm Əliyeva deyib ki, kirayə yaşadığı mənzilin sahibi narazılıq edir: "Ağır, onkoloji xəstəni kirayə evdə necə saxlayım?! Ev sahibi deyir ki, istəmirəm evimdə yas mərasimi olsun, qohumlarının evinə apar. Ayda 400 manat kirayə haqqı veririk. İstəyirəm ki, halallıq olsun. Novruz Qartal 55 il teatra can qoyub. Əlavə gəlir yerimiz yoxdur. Mən də insult xəstəsiyəm. Hər ikimiz xəstəyik, biz necə edək?! Bizə köməl etsinlər, hələ əməliyyatın pulunu ödəməmişik. Övladlarım da işləmirlər.

Yalnız Novruz Qartalın əməkdar artist fəxri adına görə təqaüd və teatrdan maaşına baxırıq. On günə xəstəxanadan çıxmalıdır. Heç olmasa gözünü açanda görsün ki, öz evindədir və gözünü yumanda rahat yumsun".

Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər