6 Dekabr 2021 11:49
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, diktor Eldost Bayramın səhhəti yaxşılaşıb.

Bu haqda Teleqraf.com-a xalq artistinin həyat yoldaşı Minarə Bayramova məlumat verib:

"Şükür Allaha, həyat yoldaşımın səhhəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan çıxacaq, kiçik fizioterapiyaları qalıb. Üç-dörd gündür ki, reanimasiyadan çıxıb. Qanda oksigenin saturasiyası normaldır, təzyiqi düşüb. Həkimlərə təşəkkür edirəm".

Qeyd edək ki, bir neçə gün öncə Eldost Bayram Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Koronavirusa yoluxan diktor şok vəziyyətinə düşmüşdü.


Müəllif: Rəqsanə Həsənova