17 Noyabr 2014 15:07
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsindən bəhs edən kitab işıq üzü görüb.

“Parlaq imzalar” nəşriyyatından Teleqraf.com-a verilən məlumata görə, Malkolm X haqqında ölkəmizdə ilk dəfə nəşr olunan bu kitabda oxucular insanı heyrətə gətirən bir həyat yolu ilə tanış olacaqlar.

“Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib” – deyən Malkolm X modern dünyanın qaradərililərə yanaşma tərzinin gətirdiyi acıları iliyinəcən hiss etmiş bir şəxs olub. Həyatın mərkəzindən uzaqlaşdırılaraq qaranlıq küçələrə sıxışdırılan digər qaradərililər kimi olmaqla barışmayan Malkolm X, nəhayət öz içində inqilab edərək başqa bir insana çevrilir və əzmkar xüsusiyyəti sayəsində insanlığa ləkə olan bu ayrıseçkiliklə mübarizəyə başlayır. O, qısa müddət ərzində qətiyyətli çıxışları ilə modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qarədərililərin ümid işığına çevrilir.

Bəkir


Müəllif:

Oxşar xəbərlər