17 Noyabr 2014 21:14
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filminin Moskva şəhərinin “Rusiya” teatrında Rusiya premyerası baş tutacaq.

Teleqraf.com xəbər verir ki, ekran əsərinin təqdimatında Azərbaycan tərəfindən baş rolları canlandıran Eldar Qasımov, Bəhram Bağırzadə, filmin icraçı prodüseri Nadir Əliyev iştirak edəcəklər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru Yuli Qusman, quruluşçu operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, bəstəkar Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları məşhur azərbaycanlı və rusiyalı aktyorlar Polad Bülbüloğlu, Lev Durov, Muxtarbek Kantemirov, Bəhram Bağırzadə, Mixail Yefremov, Kristina Güləliyeva, Eldar Qasımov, Teymur Bədəlbəyli, Həmidə Ömərova, Məbud Məhərrəmov, Zaur Şəfiyev, Nuriyə Əhmədli, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze və digərləri canlandırıblar.

Nərmin


Müəllif: