21 Noyabr 2014 12:50
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21–dən Nizami Kino Mərkəzi kafe Nizami ilə birgə “Kinoklub” layihəsinə start verir. Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi - yeni filmlərin nümayişini təşkil etmək, yaradıcı insanların bu məkana yığışaraq filmlə bağlı fikir və düşüncələrini bölüşmək üçün imkan yaratmaqdır. Disput keçirməyi və öyrənməyi sevən hər bir yaradıcı insan buranı sevimli məkanına çevirə bilmək şansı alır.

İlk nümayiş olunacaq lent ən nüfuzlu qısametrajlı film festivallarından birinin müsabiqə proqramına daxil edilmiş azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmidir.

Qeyd edək ki, qısametrajlı film 2013-cü ildə “FIL PRODUCTION” və “Cinex Azerbaijan Film & Digital production” istehsalı olaraq “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş “Üç tarix” adlı film layihəsi çərçivəsində çəkilib. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər