Xalq artisti Əlibaba Məmmədovun oğlu Seyran Məmmədov 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Bu haqda Teleqraf.com-a xalq artisti Səkinə Məmmədova məlumat verib: "Əlibaba müəllimin oğlu dünən gecə vəfat etdi, bu gün dəfn olundu. Ötən gün vəziyyəti yaxşı idi, qəflətən axşam səhhəti pisləşdi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi".