4 Mart 2022 15:25
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Fariz Əhmədov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından direktoru vəzifəsindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, Fariz Əhmədov bu haqda sosial şəbəkədə məlumat verib:

"Martın 1-dən “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrıldım. Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq.

Bu müddətdə mənə etimad və dəstək göstərənlərə öz dərin təşəkkürümü bildirirəm. Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənova mənə inandığı, dözdüyü və dəstəklədiyi üçün xüsusi minnətdarlığımı bildirirəm.

“Azərbaycanfilm” kinostudiyası olaraq müxtəlif qurumlarla əməkdaşlıq etdik. Bu qurumlardan İctimai Televiziya və Radio Yayımları Şirkətini və Bakı Media Mərkəzini xüsusi qeyd etmək istəyirəm.

Mən yenə də audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətimi davam etdirəcəm. Yeni işlərdə, yeni layihələrdə yenə də birlikdə olacayıq. Yenə də Azərbaycan kinosuna xidmət etməyə davam edəcəyik..."


Müəllif: Rəqsanə Həsənova