7 May 2014 13:13
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dava olmayıb”

Mətbuatda gedən məlumatlara görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt şöbəsində AYB-nin qurultayına nümayəndə seçilməsi məqsədi ilə keçirilən toplantıda dava düşüb. Yaşlı nümayəndələrin seçilməsinə etiraz edənlər AYB-nin Sumqayıt şöbəsinin sədri Sabir Sarvanın üzərinə hücum ediblər.

Şair İbrahim İlyaslı Teleqraf.com-a açıqlamasında yayılan məlumatı təkzib etdi: “ Qurultaya üzv seçilməsi üçün mayın 3-də bizdə iclas keçirildi. Əlbəttə, yazıçıların yığıncağı olduğu üçün etiraz edənlər, müxtəlif fikir bildirənlər oldu. Hər halda 70-ə yaxın üzvümüz var. Hamısı eyni fikirdə olası deyil. Ancaq heç bir əlbəyaxa davadan söhbət gedə bilməz. Sonda səsvermə keçirildi. Səsvermədə iştirak edənlərdən ikisi bitərəf, ikisi isə əlehinə səs verdi. Nəticədə qurultayda iştirak etmək üçün yeddi nəfər seçildi”.

Rövşən


Müəllif: