Bu gün şair-yazıçı Qurban Yaquboğlunun doğum gündür.
Teleqraf.com redaktorumuz Qurban Yaquboğlunu təbrik edir və onun “Məktub” şeirini təqdim edir:
Əllərim də çatmır ki,
Öpsün qara saçından.
Harda gecələyim bəs
Ayrılığın ucundan.
Ağrılı ahlar kimi
Günlər axır irəli.
Səndən məktublar gəlir,
Atmamısan, deməli.
Ora yağsa qar-yağış
Neynərəm sözlərimlə.
Baxaram uzaqlara
Kədərli gözlərimlə.
Neynəyərəm görəsən,
Dilin desə sevmirəm.
Bu sevgidi,
Sevgidə
Unudulan bədbəxtdi,
Unudanı bilmirəm...