Ukrayna İtaliyada mayda gözlənilən "Avroviziya-2022" mahnı müsabiqəsində iştirak edəcək.
Teleqraf.com-un xəbərinə görə, bu haqda Ukrayna mətbuatında məlumat verilib: "Güclü və inanılmaz dövlətimiz yenə də "Avroviziya-2022" mahnı müsabiqəsində iştirak edəcək. Rusiyanın ölkəmizə hücumuna baxmayaraq, "Kaluş" Orkestri öz ifasını təhlükəsiz yerdə lentə alacaq və mahnı müsabiqəsinin təşkilatçılarına göndəriləcək.
May ayına qədər işğalçılar üzərində qələbə qazanacağımız təqdirdə nümayəndə heyətimiz İtaliyaya gedəcək və bütün Avropa üçün canlı oxuyacaq!”.
Qeyd edək ki, Alina Paş “Avroviziya-2022” mahnı müsabiqəsinin milli seçimində iştirakını "Vidbir”in təşkilat komitəsi və sənətçi arasında qarşılıqlı razılaşmaya əsasən dayandırdıqdan sonra təşkilatçılar müsabiqədə Ukraynanı "Kaluş" Orkestrinin “Stefaniya” mahnısı ilə təmsil etməsi qərarına gəliblər.