Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Folklor oyunlarımızı yaşadaq" adlı layihənin icrasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan uşaqlarala bərabər xaricdə yaşayan azərbaycanlı uşaqların da milli folklor oyunlarımızı yaddan çıxarmamasıdır.
Layihə çərçivəsində "Məktəbli oyunları" adlı kitab nəşr olunub. Kitabda folklor uşaq oyunlarımız bir yerdə cəmlənib.
Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən "Azərbaycan dili" kurslarında kitabın təqdimatı təşkil edilib.
Tədbir Azərbaycan dili kursunun tələbələrinin çıxışları ilə davam edib. Onlar "Bənövşə" oyununu, "Tık-tlk xanım" nağlından qurduqları səhnəciyi nümayiş etdirərək şeir deyib və mahnılar oxuyublar.