7 May 2014 13:53
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-də bəstəkar Xanım İsmayılqızının “Dua yağışı” adlı şeir kitabının imza günü keçiriləcək. Tədbir Park Bulvarda “Əli və Nino” kitab mağazalar şəbəkəsində baş tutacaq.

Bu barədə Teleqraf.com-a açıqlamasında Xanım İsmayılqızı məlumat verib: “Kitab “Apostrof” nəşriyyatında çap olunub. 431 səhifədir. Burada müxtəlif mövzulu şeirlər yer alıb”.

“Dua yağışı” kitabında yer alan şeirlərdən bir neçəsini sizə təqdim edirik:

Sükutu eşitmək...
Üzünü görə bilmək...
Cavabsızlığın rəsmində,
Kor baxışında azmaq...
Bu sükutdan səsini pozmaq...
Qulaqlarım batdı Sükutun bağırtısından...
Sükut - qorxulu imiş
dil açmadan ağrı çəkən
körpə çığırtısından...
Sükut - ağlından qaçan
Dəli kimiydi həm də...
Sükut - yaşananları özündə basdıran
Ölü kimiydi həm də... ...
Sükutda idim mən də...

***

Ürəyində bir arzu tut,
Dilində dua kimi.
Bu arzu səni aparsın bir gülərüz qapıya.
Bu dua səni çatdırsın Tanrıya.

**


Müəllif: