7 May 2014 14:29
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin fevralında Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan əməkdar artist Kəmalə Rəhimlinin səhhəti yenidən pisləşib.

Sənətçi Teleqraf.com-a açıqlamasında bildirib ki, artıq 2 aydır yüksək təzyiqdən əziyyət çəkir.

“Gözlərim ümumiyyətlə, görmür. Bu da mənim əsəblərimi tamamilə pozub”, - deyən əməkdar artist qeydiyyatda olduğu 16 saylı poliklinikada mütəmadi olaraq müalicə və müayinə olunduğunu bildirib:

“Dərmanlarla yaşayıram. Bundan sonra sağalacağıma heç bir ümid yoxdur. Müalicəni alıram ki, ömrüm uzansın”.

Qeyd edək ki, Kəmalə Rəhimli 17 ildir ki, diabet xəstəliyindən əziyyət çəkir. Məhz bu xəstəlik ucbatından sənətçinin digər orqanlarında ciddi fəsadlar yaranıb. Həmçinin sənətçi qlaukoma xəstəliyinə də düçar olub.

Aytən Həsənova


Müəllif: