11 Aprel 2022 13:55
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrın rejissoru, Prezident mükafatçısı İradə Gözəlova ölkəmizi İstanbulda keçirilən “Tunçer Cücenoğlu teatr günləri"də təmsil edib. Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə baş tutan teatr günləri aprelin 10-da yekunlaşıb.

Festival barədə Teleqraf.com-a danışan İradə Gözəlova teatr günlərinin festival ab-havasında təşkil olunduğunu bildirib: “Bu festivalın əhəmiyyəti çox böyükdür. Türk yazarı Tunçer Cücənoğlu sağlığında çox ölkələrdə olub, insanlarla görüşüb. O, xalqları, ölkələri, insanları sənətlə birləşdirməyə çalışırdı. Pyesləri dünyanın bir çox ölkələrində səhnələşdirilib. Hər gün Tunçer Cücenoğlunun əsərlərindən ibarət bir tamaşaya baxırdıq. Teatr festivalı “Barışa əvət” şüarı altında sona çatdı”.

Dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən festivala bir çox ölkələrdən video-roliklər göndərilib.

İradə Gözəlovanın festivala təqdim etdiyi qısa videoçarxda Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşayiəti ilə əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifasında “Ey Vətən!” mahnısı səsləndirilib.


Müəllif: Nərmin Muradova