14 Aprel 2022 19:49
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı rejissor Kiril Serebrennikovun “Çaykovskinin arvadı” filmi 75-ci Kann kinofestivalının əsas müsabiqəsinə daxil edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə festivalın baş direktoru Tierre Frimo Parisdə keçirilən mətbuat konfransında bildirib: “Tanınmış rusiyalı rejissor Kiril Serebrennikov artıq üçüncü dəfədir ki, festivalın əsas müsabiqəsində iştirak edir. Biz Kirili Çaykovskinin həyatına həsr olunmuş tarixi filmi izləməyə şad olarıq”.

“Çaykovskinin arvadı” filmi rus bəstəkarı Pyotr Çaykovski və onun həyat yoldaşı Antonina Milyukovanın taleyinə həsr olunub.

Bu il martın sonunda Kiril Serebrennikovun Rusiyanı tərk edərək Parisə getdiyi məlum olmuşdu.

Serebrennikovun filmindən başqa, festivalda müxtəlif ölkələrin təqdim etdiyi 17 film “Qızıl palma budağı” uğrunda mübarizə aparacaq.

Festivala bu il iki minə yaxın film göndərilib.

75-ci Kann Film Festivalı mayın 17-dən 25-dək keçiriləcək.


Müəllif: Nərmin Muradova