23 Aprel 2022 22:27
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı aktyor Nikolas Keyc kinostudiya qurmaq cəhdinin uğursuzluğuna görə “Tesla” şirkətinin rəhbəri İlon Maskı günahlandırıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun sözlərinə görə Mask ona ABŞ-da kinostudiya açmağa mane olub.

O bildirib ki, Las-Veqasda kinostudiya açmaq ideyasını həyata keçirmək üçün 80 milyon dollar ayırmağa söz verən yerli hakimiyyət orqanları ilə danışıqlar aparıb. Lakin an səhmlərini “Tesla” şirkətinə sərmayə qoymağa inandıran bir sahibkar Keycin planlarını alt-üst edib.

Beləliklə, Keyc kinostudiya açmaq üçün lazım olan maliyyəni son anda əlindən qaçırıb.


Müəllif: Nərmin Muradova