7 May 2014 15:54
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 7-də “Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirib.

Teleqraf.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan və Azərbaycan kinosunun tanınmış simalarının, qonaqların iştirak etdiyi konfransda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafindakı rolundan, kino və kinosənətçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Respublikanın Xalq Artisti Şəfiqə Məmmədova, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə, tanınmış yazıçı Natiq Rəsulzadə və başqaları tarixi şəxsiyyət haqqında xatirələrini bölüşüb və onun milli kino sənətinə olan xüsusi münasibətini iştirakçıların nəzərinə çatdırıblar.

Sonda “Salnamə” studiyasının lentə aldığı ümummilli lider Heydər Əliyevin ictimayi-siyasi fəaliyyətinə həsr olunmuş “Əbədiyyət yolu” sənədli filmi göstərilib.

Nərmin


Müəllif: