Ötən gün Nyu York auksionunda 44.4 milyon dollara rəsm əsəri satılıb.
Teleqraf.com xəbər verir ki, "Datura" ("Ağ çiçək №1") adlı rəsm əsəri amerikalı qadın rəssam Corciya O'kifinə məxsusdur. Beləliklə, bu əsər qadın tərəfindən yaradılmış ən bahalı sənət nümunəsi olub.
Rəsm əsəri hərraca Nyu-Meksiko ştatının Santa-Fe şəhərində yerləşən, uzun müddət rəssamın yaşadığı və hazırda onun adını daşıyan Corciya O'kif muzeyi tərəfindən çıxarılıb. Sotheby's 1932-ci ildə çəkilən rəsm əsərinin 15 milyondan aşağı qiymətə satılacağını güman etsə də, nəticə gözlənilənləri üç dəfə üstələyib.
Corciya O'kif (1887-1986) ilk növbədə çiçəklərin əks olunduğu əsərləri ilə məşhurdur. Maraqlıdır ki, rəssam çiçəklərdən zəhləsi getdiyini, lakin onları modellərdən daha ucuz başa gəldiyi və tərpənmədiyi üçün çəkdiyini etiraf etmişdi.
Rüstəm