7 May 2014 16:55
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Nabat” filmi Kann Film Festivalına göndərilməyib”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. İnformasiyanı təsdiqləməyən direktorun sözlərinə görə, filmin istehsalı tam başa çatmayıb:

“Filmin tamamlanması indi gedir. Qeyd edək ki, Teleqraf.com-a Kinostudiyaya yaxın mənbələrdən verilən məlumata görə, “Nabat” filmi bu il Kann Film Festivalanın əsas müsabiqə proqramında yarışmaq üçün göndərilib. Filmin yaradıcı heyəti ekran əsərinin Kann Film Festivalının proqramına düşməsinə çox böyük ümidlər bəsləsələr də, bu, gerçəkləşməyib. Hətta baş rol ifaçısı iranlı aktrisa Motamed Arya Fatemehin bu filmdə oynaması filmin piarına xidmət edirmiş.

Qeyd edək ki, hərbi-vətənpərvərlik mövzusunda olan “Nabat” bədii filminin quruluşçu rejissoru Elçin Musaoğludur. “Azərbaycanfilm” kinostudiyanın bu yaxınlarda təqdim etdiyi siyahıda qeyd olunub ki, filmin istehsalı başa çatıb.

Nərmin


Müəllif: