Azərbaycanın 11 kinematoqrafçısı Avropa Kino Akademiyasının üzvü seçilib.
Bu barədə Teleqraf.com-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Siyahıda Rafiq Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmovun adları var.
Məlumat üçün bildirək ki, Avropa Kino Akademiyası (European Film Academy) 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.