11 May 2022 15:33
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq yazıçısı Anar Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Rasim Balayevi təklif edib. İdarə heyəti yekdilliklə Rasim Balayevin namizədliyini təsdiq edib.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.

O bildirib ki, bu qərar Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin bu gün keçirilən iclasında verilib. İclasda sədr vəzifəsinə namizəd verilməsi və Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təşəbbüslər müzakirə olunub.

Rasim Balayevin ittifaqların birləşməsi təklifinə İttifaq katibliyinin münasibəti necədi? Bu, reallaşa bilərmi?

Əli İsa Cabbarov məsələnin hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının gündəmində olmadığını deyib: "İttifaq heç vaxt heç kimin təşkilati mənsubiyyətinə fərq qoymayıb. Bizim layihələrdə başqa İttifaqın, başqa təşkilatların üzvləri olub. Biz başqa ittifaq üzvlərinə də maliyyə yardımı ayırmışıq. İstirahət mərkəzlərimizdə başqa qurumların üzvləri də dincəlib. Bir sözlə, heç vaxt fərq qoyulmayıb. Kim kinomuzun xeyri naminə işləmək istəyirsə, onun əlini sıxmağa hazırıq. Amma katiblikdə İttifaqların birləşməsi müzakirə mövzumuz olmayıb”.

20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər