11 May 2022 18:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi, o cümlədən kino muzeyinin yaradılması barədə ölkə rəhbərliyinə müraciət olunacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.

O bildirib ki, İttifaqın idarə heyətinin bu gün keçirilən iclasında Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər müzakirə olunub:

“Bu təkliflər arasında Rüstəm İbrahimbəyovun nəsr əsərlərinin ikicildliyi, haqqında Azərbaycan və rus dillərində məqalələr toplusunun nəşri və kino muzeyinin yaradılması müzakirə olunub. Yazıçılar Birliyi bu təşəbbüsləri təşkilati olaraq dəstəklədiyini bildirib.

Müəyyən tədbirlərsə Kinematoqrafçılar İttifaqının resursları ilə həyata keçiriləcək. Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunan sənədli filmin çəkilməsi də bu sıradandır”.


Müəllif: Nərmin Muradova