13 May 2022 13:08
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyası filmlərin xüsusi icazə olmadan təkrar yayımını qadağan edir.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm”in mətbuat katibi Ramil Ələkbərov bildirib.

Onun sözlərinə görə, kinostudiyanın 1923-cü ildən bu günədək istehsal etdiyi filmlər rəsmi Yutub kanalına yerləşdirilir:

“Artıq tamaşaçılar “Azərbaycanfilm”in istehsal etdiyi filmləri onlayn şəkildə kinostudiyanın rəsmi Yutub kanalında izləyə bilərlər. Kanalda mövcud olmayan filmlər mütamadi olaraq yerləşdirilir. Müəllif hüquqlarına istinadən filmlərin xüsusi icazə olmadan təkrar yayımı qəti qadağandır”.

Mətbuat katibi qeyd edib ki, hazırda kanalda 128 video mövcuddur: "Bunların içərisində istehsal etdiyimiz filmlərin treylerləri, kinojurnallar, ötən il istehsal etdiyimiz “Məryəm”, “Həyat, deyəsən, gözəldir” və “Mərmər soyuğu” filminin çəkiliş meydançalarında əsas yaradıcı heyətlə apardığımız müsahibələr, podkastlar və bütün bunlarla yanaşı bir həftədir Sovet dövrü və müstəqillik dövründə istehsal etdiyimiz ötən illərin filmlərini yayımlamağa başlamışıq. Buradakı əsas məqsəd bu sahədə yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması, ayrı-ayrı şəxslərin filmləri qanunsuz yaymasının və gəlir əldə etməsinin qarşısını alaraq vahid mənbə formalaşdırmaqdır. Bu günə olan göstəricilərə əsasən köhnə və yeni olmaqla, qısametrajlı, tammetrajlı, sənədli 60-dan çox filmi artıq yükləmişik və proses davam edir.

Qarşıdakı zamanda fesybuk, instaqram və yutubda yayımlanmaq üzrə yeni layihələrimizi təqdim edəcəyik".


Müəllif: Nərmin Muradova