YUNESKO bu dəfə erməni yalanının qurbanına çevrilib. Ermənilər oğurladıqları maddi nümunə kimi lavaşı quruma təqdim ediblər.
ATVxəbər.az-ın məlumatına görə, bu məsələyə dair Türkiyədə beynəlxalq tədbirdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ATV-yə ekskuliziv açıqlama verib.
“Azərbaycan dövləti, Türkiyə, İran, Qırğızıstanın və bir neçə başqa ölkənin fəaliyyəti nəticəsində ilk təqdim olunan fayl YUNESKO tərəfindən qəbul olunmadı. Fayl yalnız Ermənistan daxilində lavaş çörəyinin bişirmə ənənələrinə aid olduğu üçün qəbul olunub. Biz də onu inkar edə bilmərik ki, Ermənistanda belə çörək bişirilmir”, - deyə nazir bildirib
Nazir həmçinin Azərbaycan xalqını, kəlağayın YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına düşməsi münasibəti ilə də təbrik edib.
“Hamınızı təbrik etmək istəyərdim ki, Azərbaycanın kəlağayısı artıq bəşəriyyətin inciləri siyahısına daxil oldu. Bu çox əlamətdar hadisədir” - deyə, Əbülfəs Qarayev əlavə edib.
İLHAMƏ